Çempionatın lideri “Qarabağ” əsas oyunçularından biri sayılan Abdulla Zubirlə yeni bağlamaq fikrindədir.
28 yaşlı yarımmüdafiəçiyə Avropanın bir sıra klublarından təkliflər gəlsə də, onunla mövsümün sonunda yeni müqavilə imzalanacaq. Anlaşmanın müddəti barədə hələlik heç bir məlumat yoxdur.
“Zirə” klubu isə əsas forvardı Riçard Qadzeni heyətdə saxlamaq fikrindədir. Təcrübəli oyunçunun müqaviləsi mövsümün sonunda başa çatır. Müqavilənin şərtlərinə əsasən klub Qadze ilə anlaşmanı daha bir illik uzatmaq hüququna malikdir. Forvardın oyunundan razı qalan “Zirə” çox güman ki, onunla yeni müqavilə bağlayacaq. Xatirladaq ki, bir ara Türkiyə klublarının Qadze maraqlandığı bildirilirdi.